Azərbaycan Ordusunun 100 illiyinə medal təsis edildi
Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş medal təsis edilib. Bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklilər müzakirəyə çıxarılıb. Medal haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Ordusunun 100 illiyi tarixi bir hadisədir. O qeyd edib ki, medalda Azərbaycan dövlətçiliyinin atributları, həm də milli atributlar öz əksini tapıb. Təklif səsə qoyularaq qəbul edilib. Xatırladaq ki, gələn il Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd olunacaq. Simsar.az
30 İyun, 2017 15:03 ⁄ Baxılıb: 1286
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |