Astarada parkda kişi meyiti tapılıb
Astara rayonunda kişi meyiti tapılıb. "Report"un Cənub bürosunun məlumatına görə, meyit Astara şəhəri ərazisində yeləşən parkda aşkar edilib. Belə ki, Astara şəhər sakini, 1955-ci il təvəllüdlü Feyruz Ələsgər oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb. Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib. İlkin məlumatlara görə, onun alkoqollu içkinin təsirindən öldüyü müəyyən olunub. Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
23 May, 2017 14:35 ⁄ Baxılıb: 1505
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |