Simsar.az | bizi özünüzə Simsar bilin
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Qeyd edək ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkəni təmsil edən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medal. 71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub.

23 May, 2017  00:30 Baxılıb: 2364

Bu bölmədə