Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa otelində gərginlik

İşçilər deyir “maaş ala nilmirik”, rəhbərlik şikayəti yersiz hesab edir

Avropa mehmanxanasının işçiləri maaş problemi ilə üzləşiblər. Bununla bağlı otelin bir qrup işçisi Simsar.az-a müraciət edib. Müraciəti qısa ixtisarla təqdim edirik.  

“Sizdən çox xahiş edirik bizlərə kömək edin, düz 1 ildir - yeni rəislər gələndən maaşlarımızı çox gecikdirirlər və hissə – hissə verirlər. Pul istəyənləri işdən çıxarırlar. Aprel ayının maaşını almamışıq. Xahiş edirik bizlərə kömək edin. Adımızı bilməsinlər, işdən qovarlar”.

Otelin işçiləri həmçinin bildirilər ki, Avropa otelində hər gün banketlər keçirilir, müştəri sarıdan problem yoxdu: “Amma bizə çatanda pul yoxdur. Kadrlar şöbəsi, Həsən Nəzərov elə bil ki, bura öz xalqı ilə yox, düşmənləri ilə işləməyə gəlib. Hamını işdən çıxarır, öz tanışlarını gətirir və bilinmir burada baş müdir odur, yoxsa başqası”.

Simsar.az məsələyə aydınlıq gətirmək üçün “Avropa” otelinin rəhbərliyinin mövqeyini öyrənib.

Otelin baş direktorunun köməkçisi Ayşən xanım Simsar.az-ın əməkdaşına bildirib ki, şikayət anonim olduğundan onu cavablandıra bilməzlər: “Təxminən bir il bundan qabaq otelin direktoru dəyişib. Türk əsilli Almaniya vətəndaşı Tolqa Akkaş bizim yeni rəhbərimizdi. Şəxsən məm maaşımı vaxında alıram. Kimin şikayəti varsa, öz adı ilə müvafiq qurumlara müraciət etsin”.

RUSLAN

2 İyun, 2011  17:54 Baxılıb: 1256

Bu bölmədə