Simsar.az | bizi özünüzə Simsar bilin
Messi dünyanın ən yaxşısıdır

O, 3-cü dəfə eyni mükafatı aldı

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi ötən mövsümün ən yaxşı futbolçusuna verilən Di Stefano kubokuna sahib olub. Simsar.az-ın məlumatına görə, ardıcıl 3-cü dəfə bu mükafata sahib çıxıb. 

O, “Real Madrid”in oyunçusu Kriştianu Ronaldu və “Barsa”dakı komanda yoldaşı Xavi Ernandesi üstələyib. Mükafatın ilk sahibi isə “kral klubu”nun sabiq forvardı Raul Qonsales olub. O, 2007-2008-ci il mövsümündə Di Stefano kubokunu qazanıb.

Bu il münsiflər heyətinə Andoni Subisarreta, Emilio Butragenyo, Xose Euloxio Qarate, Manuel Dias Veqa, Fernando Yerro, Fabio Kapello, Luis Suares və Enrike Kastro “Kini”
Kimi dünya futbolunun məşhur simaları daxil olub.

2 İyun, 2011  17:44 Baxılıb: 1158

Bu bölmədə