Bakı-2017: Mərakeş qalib gəldi
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün futbol yarışlarına start verilib. Trend-in məlumatına görə, millimizin də yer aldığı A qrupunda Səudiyyə Ərəbistanı və Mərakəş yığmaları qarşılaşıblar. "AZAL Arena"da baş tutan oyunda mərakeşlilər minimal hesablı qələbə qazanıblar - 0:1. Xatırladaq ki, bu gün saat 18:30-da "Bayıl Arena"da Azərbaycan - Kamerun oyunu keçiriləcək. Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.
8 May, 2017 13:48 ⁄ Baxılıb: 1762
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |