Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiya-Azərbaycan sərhədində ABŞ vətəndaşı saxlanıldı

Rusiya-Azərbaycan sərhədində, Dağıstanın Axtın rayonun Smuqul kəndində sərhədi qanunsuz keçən ABŞ vətəndaşı saxlanılıb. Virtualaz.org xəbər verir ki, bu barədə Dağıstan Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə iki gün əvvəl baş verib. Əcnəbi qadın Rusiyada turist kimi gəlsə də onun ölkəyə girişi rəsmiləşdirilməyib.

Hal-hazırda, Amerika Birləşmiş Ştatları vətəndaş Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinə (sərhəd rejiminin pozulması maddəsi nə görə) məsuliyyət daşıyır. Ona cərimə tətbiq olunacaq.

Qeyd edək ki, bu ilin əvvəlindən Rusiyada sərhəd rejimini pozmalarına görə 300 nəfər saxlanılıb. Onlara tətbiq olunan cərimələrin məbləği 88 min rubl təşkil edir.

28 Aprel, 2017  15:57 Baxılıb: 1517

Bu bölmədə