Simsar.az | bizi özünüzə Simsar bilin
Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb

Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti görüşünü mayın 13-də Türkiyədə keçirəcək.

"Report"un məlumatına görə, 33 yaşlı idmançı belçikalı Frederik Sinistra ilə üz-üzə gələcək.

Gebze İdman Sarayında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Digər döyüşlərin də keçiriləcəyi gecəyə bir çox siyasətçi, iş adamı və idmançı qatılacaq. Görüş TV8,5 kanalı vasitəsilə canlı yayımlanacaq.

27 Aprel, 2017  13:53 Baxılıb: 1855

Bu bölmədə