Nobel prospekti və Həsən Əliyev küçəsi bağlanır
Bakıda bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu, Nobel prospekti (Yusif Səfər küçəsindən Ağ şəhərin qarşısına kimi və geriyə ), Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əlyar Əliyev küçəsinə kimi) yollar bağlanacaq. Bu barədə Simsar.az -a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən xəbər verilib. Yolların bağlanması avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır. Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq.
26 Aprel, 2017 18:53 ⁄ Baxılıb: 1299
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |