Simsar.az | bizi özünüzə Simsar bilin
"Almanlarla oyun barədə düşünmürük"

Rəşad Sadıqov: "Azarkeşlərimiz çox tələbkardı"

“Yoahim Löv Qazaxıstanın gücü haqqında nə danışırsa, bizə maraqlı deyil. Bizi komandamızın baş məşqçisinin, azarkeşlərimizin fikri maraqlandırır”. Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstanla oyuna həsr olunmuş mətbuat konfransında deyib.
Təcrübəli müdafiəçi sabah karyerasının ən vacib matçına çıxacağını söyləyib: “11 ildi milli komandanın şərəfini qoruyuram, 60-dan çox oyun keçirmişəm. Amma Qazaxıstanla görüş mənim üçün yığma karyeramda ən vacib matçdı. Azarkeşlərimiz çox tələbkardı. Qazaxlarla görüşdən sonra futbol ictimaiyyətində milli komanda haqqında ya müsbət, ya də mənfi fikir yaranacaq və bu rəyi uzun müddət dəyişmək mümkün olmayacaq. Almanlarla oyun barədə isə düşünmürük. Bütün fikrimizi qazaxlarla matça yönəltmişik”.

2 İyun, 2011  16:53 Baxılıb: 1179

Bu bölmədə