Allahşükür Paşazadə Gürcüstana gedib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gürcüstana səfərə gedib. Ş.Rustaveli adına Tbilisi Beynəlxalq Aeroportunda Allahşükür Paşazadəni Katoliks Patriarxın nümayəndələri qarşılayıblar. Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı Zati-müqəddəsləri II İliya, habelə dövlət rəsmiləri - Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, ölkənin baş naziri Georgi Kvirikaşvili və Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze ilə görüşəcək. Şeyxülislam Allahşükür Paşazadənin səfər müddətində Gürcüstanda yaşayan Azərbaycanlı icmasının üzvləri ilə görüşü nəzərdə tutulur.(report)
21 Aprel, 2017 13:50 ⁄ Baxılıb: 1366
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |