Sabah hava yağmursuz, buludlu olacaq
Aprelin 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Simsar.az -a verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 9-11° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
19 Aprel, 2017 14:38 ⁄ Baxılıb: 1301
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |