Yardımlıda kişi qaçırdığı qızı boğub öldürdü
Yardımlı rayonunda baş verən qətlin təfərrüatı məlum olub. Simsar.az Report"-a istinadən xəbər verir ki, hadisə Yardımlı rayonunun Telavar kəndində baş verib. 23 yaşlı Babayeva Natavan Azəddin qızı həmkəndlisi, 34 yaşlı Təhməzov Niyaz Baxas oğlu tərəfindən boğularaq öldürülüb. Hadisənin təfərrüatına gəlincə, bir müddət əvvəl N.Babayeva həmkəndlisi N.Təhməzov tərəfindən qaçırılıb. Sonradan aralarında yaranan münaqişə səbəbindən N.Təhməzov qaçırdığı qızı kənddə boş evlərin birinin tövləsində boğaraq öldürüb. N.Təhməzov tutulub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. ***12:25 Yardımlı rayonunda qadın qətlə yetirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, aprelin 13-də Yardımlı rayonunun Telavar kəndin ərazisində kənd sakini Natəvan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.
14 Aprel, 2017 18:14 ⁄ Baxılıb: 2092
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |