Simsar.az | bizi özünüzə Simsar bilin
Bərdədə itən məktəbli Bakıda tapıldı

Bərdə rayonunda itkin düşən məktəbli Bakıda tapılıb. "Report"un məlumatına görə, Bərdənin Meşəcilik İnstitutu ərazisində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün, 16 yaşlı Laçın Qasımov paytaxtda Dənizkarı Milli Parkın ərazisində tapılıb.

L.Qasımovun valideynlərinin verdiyi məlumata görə, yeniyetməni əvvəl Bakıda bir məktəbdə oxuduğu sinif yoldaşları tapıb və valideynlərinə bu barədə məlumat veriblər.

Qeyd edək ki, o, aprelin 10-da səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

14 Aprel, 2017  14:46 Baxılıb: 1447

Bu bölmədə