Simsar.az | bizi özünüzə Simsar bilin
Sabirabadda ağır yol qəzası - ölən və yaralanan var

Sabirabadda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 10-da saat 1 radələrində Sabirabad rayonunun Zalqarağac kəndində Şirvan şəhər sakinləri Rəşad Musayevin idarə etdiyi "VAZ-21154" və İlkin Musayevin idarə etdiyi "KAMaz" markalı avtomobillər toqquşub. Qəzada R.Musayev hadisə yerində ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

10 Aprel, 2017  14:11 Baxılıb: 1336

Bu bölmədə