Simsar.az | bizi özünüzə Simsar bilin
Şagird məktəbin həyətində bıçaqlanıb

Bakıda məktəb şagirdi bıçaqlanıb. Hadisə Suraxanı rayonu, N.İsmayılov 25 ünvanında yerləşən 146 nömrəli orta məktəbin həyətində baş verib.

Belə ki, Bakı şəhər sakini 1989-cu il təvvəllüdlü Nizami Kərimov orada təhsil alan 2001-ci il təvəllüdlü Rəşad Novruzovun bud nahiyəsindən bıçaqla xəsarəti yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.(report)

7 Aprel, 2017  14:21 Baxılıb: 1331

Bu bölmədə