SABİRABADDA ANALAR ÖLDÜ, HƏKİMLƏR SADƏCƏ TÖHMƏT ALDI
Oktay Şirəliyevdən dəhşətli hadisəyə adi reaksiya Simsar.az Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata gorə, nazirliyin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, əslində rayonda son bir ayda doğuş zamanı dörd deyil, iki ölüm hadisəsi qeydə alınıb. Ölüm hadisələrinə hər iki qadının yüksək qan təzyiqi və qanaxma ilə xəstəxanaya vaxtından gec gətirilmələri səbəb olub. Odur ki, onların həyatlarını xilas etməyin mümkün olmayıb: “Həyatlarını itirən İlhamə və Xanım adlı qadınlara dəfələrlə sahə həkimləri tərəfindən yüksək qan təzyiqlərinin olmaları barədə xəbərdarlıq olunsa da onlar buna əhəmiyyət verməyiblər. Biri 30-31 həftəlik, digəri isə 27-28 həftəlik hamilə olan bu qadınlarda erkən qanaxma baş verib və xəstəxanada keysəriyyə üsulu ilə uşaqlar onların bətnindən götürülüblər. Qadınlardan birində kəskin qan itirmə və yüksək laxtalanma, digərində yüksək qan ifrazatı olub. Qanaxmanı və laxtalanmanın qarşısını almaq mümkün olmadığından hər ikisi həyatlarını itiriblər. Xəstələrin həyatını xilas edə bilmədiklərini görən rayon həkimləri Bakıdan həkim çağırmağa məcbur olublar. Lakin xəstələrin həyatını xilas etmək mümkün olmayıb”.
1 İyun, 2011 22:41 ⁄ Baxılıb: 1528
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |