Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiyada mətbuat orqanlarının binası yanır

Redaksiyaların işçiləri evakuasiya edilib

Moskvada “Lenta.ru” saytının redaksiyasının yerləşdiyi bina yanır. 

Simsar.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, bina yanğının beşinci mərtəbəsini əhatə edib. 

“Lenta.ru” ilə bərabər, “Omeqa plaza” ofis mərkəzində “rambler.ru” və “Total Football” nəşrlərinin redaksiyaları da yerləşir.

Hadisə yerinə yanğınsöndürənlər gəliblər, redaksiyaların işçiləri evakuasiya edilirlər. Yanğın 5 ballıq şkala üzrə 3 bal qiymətləndirilir. Yanğının söndürülməsinə vertolyotlar cəlb olunub. Yanğın 50 kvadratmetr ərazini əhatə edir.

1 İyun, 2011  21:29 Baxılıb: 1037

Bu bölmədə