Simsar.az | bizi özünüzə Simsar bilin
ATEROSKLEROZ

Damarlarda yaranmış kirəcləşmələrə qarşı sarımsağın, qıtığotunun və almanın çox böyük rolu var. Sizlərə bu məhsullardan hazırlanmış dietik yeməkləri təqdim edirik. 

Sarımsaqlı qızardılmış çörək .

2-3 diş soğan, 200 qr çovdar çörəyi, duz, piy (qızartmaq üçün): Çovdar çörəyini xırda dilimlərlə doğrayıb, hər iki tərəfini qızartdıqdan sonra soyumağa qoyurlar. Sarımsağı duzla birlikdə həvəngdəstədə döyüb, alınmış qarışığı qızardılmlış dilimlərə sürtürlər.

Sarımsaqlı, brınzalı(qoyun pendiri) qoz paşteti.

İki baş sarımsaq, 400 qr brınza, 20 qr qoz içi, 200 qr yağ, göyərti:Sarımsaq dilimlərə bölünüb təmizlənir, brınza və qozla birlikdə ət maşınından keçirilir. Bundan sonra kərə yağı ilə qarışdırılır. Süfrəyə verilərkən üzərinə xırda döğranmış göyərti səpilir.


Çovdar çörəyi ilə sarımsaqlı sous .

6 diş sarımsaq, 200 qr boyat çovdar çörəyi, 1-2 stəkan qaynar su, 1 yumurtanın sarısı, 1/2 stəkan bitki yağı, sirkə və ya limon turşusu, duz (zövqə görə): Çörəyin içini sürtkəcdən keçirərək, üstünə qaynar su töküb şişməyə qoyurlar. Sonra xırda-xırda ovurlar. Üstünə duzla həvəngdəstədə döyülmüş sarımsaq, yumurta sarısı və bitki yağı əlavə edirlər. Zövqə görə sirkə və ya limon turşusu vurulur və sous mayonez kimi qatı olana qədər qarışdırılır. Süfrəyə ət yeməklərinə əlavə kimi verilir.


Sarımsaqlı və qozlu sous.

6 diş sarımsaq, 10 əd. qoz, 200 qr buğda çörəyi, 0,5 l süd, 3/4 stəkan bitki yağı, duz, sirkə və ya limon turşusu:Buğda çörəyini suda və ya süddə isladıb şişməyə qoyulur, sonra səliqə ilə ovulur. Qoz ləpəsi həvəngdəstədə döyülüb çörəklə qarışdırılır. Üstünə sürtkəcdən keçirilmiş sarımsaq əlavə olunur və yaxşı - yaxşı qarışdırılır. Emallı qabda (kiçik ləyən) zəif odun üzərinə qoyulur. Tez-tez qarışdırmaqla üstünə bitki yağı əlavə edilir. Qaynadılır. Sous xama kimi qatılaşanda duz, sirkə və ya suda qarışdırılmış limon turşusu vurulur, yaxşı-yaxşı qarışdırlır. Süfrəyə ət və tərəvəz yeməklərinə əlavə kimi verilir.


Qıtığotu kökü (xren) və kartof salatı.

500 qr kartof, 1-2 çuğundur, 1 xörək qaşığı sürtkəcin xırda gözündən keçirilmiş qıtığotu kökü, 3 xörək qaşığı bitki yağı, duz, üyüdülmüş qara istiot və sirkə ( zövqə görə): Çuğundur və kartof qabıqlı vəziyyətdə bişirilir. Bişirilmiş tərəvəzlərin qabiqları soyulur və kiçik kublar şəklində doğranır. Üzərinə sürtkəcdən keçirilmiş qıtığotu kökü, duz, üyüdülmüş qara istiot, bitki yağı və zövqə görə sirkə əlavə edilr. Hamısı birlikdə yaxşı-yaxşı qarışdırılır və özünü tutmaq üçün1-2 saat saxlayırlar. Süfrəyə verməzdən əvvəl üstünə mayonez vurmaq olar.



Qıtığotu kökü, yumurta və göyərti salatı.

100 q qıtığotu kökü, 4 əd bişmiş yumurta, hərəsi 1 xörək qaşığı olmaqla xırda doğranmış cəfəri və şüyüd, 2 xörək qaşığı doğranmış göy soğan, 1 st. Xama, 2 çay qaşığı şəkər tozu, duz zövqə görə: Qıtığotu kökü xırda sürtkəcdən keçirlib şəkərlə qarışdırılır və 1 saat açıq şəkildə kənara qoyulur. Sonra doğranmış yumurta ilə, soğanla, göyərti ilə qarışdırılır. Üzərinə xama tökülür, duzlanır və qarışdırılır.


Alma və qıtığotundan salat.

Alma- 300 qr, qıtığotu kökü 100 qr, xama -150 qr, şəkər tozu 1 xör. q: Alamlar yuyulur, qabığı soyulur, özəyi çıxarılır və kiçik kublar şəklində doğranılır. Qıtığotu sürtkəcdən keçirilib almaya qatılır. Üzərinə duz, şəkər tozu və xama əlavə edilərək qarışdırılır.

Alma qaxı ilə tərəvəzli düyü şorbası.

Alma qaxı -30 qr, kələm – 30 qr, kök- 100 qr, baş soğan- 100 qr, düyü- 1/2 stəkan. Alma qaxı yuyulur, 3 saat soyuq suda saxlandıqüdan sonra bişirilir və soyudulur. Düyü yuyulur və üzərinə su əlavə edilərək şişmək üçün kənara qoyulur. Kök təmizlənir və sürtkəcin iri gözündən keçirilir. Soğan xırda şəkildə doğranılıb köklə birlikdə bitki yağında pörtlədilir. Kələm xırda şəkildə doğranılaraq, üzərinə qaynar su əlavə edilir və sıxılır. Soyudulmuş alma qarışığının üzərinə kələm, düyü və digər tərəvəzlər əlavə olunub bişirilir. Süfrəyə verilərkən üzərinə xırda doğranmış göyərti və əzilmiş sarımsaq əlavə edilir.


İçi doldurulmuş alma.

Alma-1kq, qoz ləpəsi -240 qr, mürəbbə -200 qr, un- ½ stəkan, üyüdülmüş darçın- 1 xör. q, şəkər tozu - 1 xör. q: Almalar yuyulur, iki yerə bölünür və özəyi çıxarılır. Qoz ləpəsi istənilən mürəbbə ilə qarışdırılaraq almanın içinə doldurulur. Bu şəkildə hazırlanmış almalar tavaya düzülür, üzərinə un, darçın və şəkər tozyu qarışığı tökülür, bişmək üçün sobaya qoyulur.

Almalı rulet

Almalar yuyulur, özəyi çıxarılır, içi istənilən təzə giləmeyvə ilə doldurulur. Əvvəlcədən yayılmış mayalı xəmirin içinə qoyulur və rulet şəklində bükülür. 200 dərəcədə qədər qızdırılmış sobada bişirilir.

1 İyun, 2011  19:00 Baxılıb: 1671

Bu bölmədə