Simsar.az | bizi özünüzə Simsar bilin
“Torqovı”da qızlar arasında saçyoldu

Bakının mərkəzində xanımlar arasında dava-dalaş düşüb. Lent.az xəbər verir ki, Xəqani küçəsi 24 ünvanın qarşısında (“Torqovı” məhəlləsi istiqaməti) Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Qasımova Zülfiyyə Tağı qızı ilə 1997-ci ildə anadan olmuş paytaxt sakini Rəşidova Nəzrin Şahin qızı arasında dava düşüb. Yaxınlıqdakı şəxslər çalışsa da bir-birini vurub, saçını yolan qızları ayıra bilməyiblər. Onları yalnız ərazidə xidmət aparan post-patrul polisinin müdaxiləsindən sonra sakitləşdirmək mümkün olub. Hər iki qız polis bölməsinə aparılıb və izahatları alınıb.

28 Mart, 2017  14:18 Baxılıb: 1604

Bu bölmədə