Simsar.az | bizi özünüzə Simsar bilin
Gəncədə yol qəzası:ölən və xəsarət alan var

Gəncədə “Kia” və “VAZ 2109” markalı avtomobillərin toqquşması nəticəsində Samux rayon sakini, 1987-ci il təvəllüdlü Tural Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb.

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Lətif Heydərov və Şəmkir rayon sakini, Veyisli Kənan Azad oğlu müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Məlumata əsasən, ölən şəxs avtomobillərdən biri ilə vurulub. Həmin avtomobil sonra başqa maşınla toqquşub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

17 Mart, 2017  18:02 Baxılıb: 1748

Bu bölmədə