Simsar.az | bizi özünüzə Simsar bilin
Cocuq Mərcanlıya gedən yol yenidən qurulur

"Azəravtoyol" ASC işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun yenidən qurulmasına başlayıb. Qurumdan Simsar.az-a verilən məlumata görə, yolun layihə üzrə eni 12 metr, uzunluğu isə 9 km-dir. Bunun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır.

Layihəyə uyğun olaraq yol boyu aparılan torpaq işləri, yol yatağının tikintisi tam olaraq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası işləri həyata keçirilir, asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Artıq yolun 3 km-lik hissəsi asfatlanmaq üçün hazır vəziyyətə gətirilib.

5 km-lik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılıb, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılıb.

15 Mart, 2017  16:47 Baxılıb: 1349

Bu bölmədə