Simsar.az | bizi özünüzə Simsar bilin
Krım - Tatarları Söyün Sadıqovu Prezident Mükafatına layiq görürlər

Simsar.az xəbər verir ki, Krım Tatarları Rusiya prezidenti Vladimir Putinə  azərbaycanlı iş adamı, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü Söyün Sadıqova Prezident Mükafatı verilməsinə dair məktub ünvanlayıblar. Məktubda bildirilir:

"Hörmətli Vladimir Vladimiroviç, "Krım Birliyi" Regional İctimai Təşkilatı  və "Krım Xalqının İctimai İttifaqı" Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti olan Söyün Qasım oğlu Sadıqovu  Prezident Mükafatına layiq görməyiniz üşün Sizə müraciət edir. Qeyd edək ki, S.Sadıqov öz fəliyyəti dövründə həmişə Azərbaycan xalqı ilə yanaşı krım-tatar xalqının da yanında olub. Ümumiyyətlə Söyün Sadıqov Rusiyada yaşayan bütün millətlər arasında dostluq münasibətlərinin gücləndirilməsinə hər zaman dəstək olub.  Onun bu cür birləşdirici fəaliyyəti millətlərarası münasibətlərin harmoniya sferasında, sözsüz ümumirusiya vətəndaşının milli süurunu və Rusiyanın çoxmillətli ictimaiyyətini gücləndirir."

Hörmətlə. Krım - Tatar xalqının İctimai İttifaqının və "Krım Birliyi" Regional İctimai təşkilatının rəhbəri S.N.Nemətullayev

Məlumatı Simsar.az -a təsdiqləyən Rusiya prezidentinin etibarlı nümayəndəsi eyni zamanda Moskvada Novruz bayramının da keçiriləcəyini söyləyib. "Məlum olduğu kimi sabah son, yəni Torpaq çərşənbəsidir. Milli bayramımız Novruz dünyanın hər yerində azərbaycanlılar tərəfindən qeyd olunduğu kimi Moskva şəhərində də yüksək təmtəraqla qeyd ediləcək. S.Sadıqov bildirib ki, Novruzun bütün ənənələrinə sadiq qalaraq keçiriləcək mərasimdə yaxın dostu, İstanbul - Rusiya və qonşu ölkələr təşəbbüskarlar dərnəyinin beynəlxalq diplomatiya, informatika və biznes üzrə vitse prezidenti, sülhməramlı səfir Aleksander Şapiro Suliman da iştirak edəcək. Sülhməramlı səfir də Azərbaycan xalqının milli bayramı olan Novruz bayramını çox bəyəndiyini söyləyib. "Novruz" təbiətin oyanması, baharın gəlişidir. Azərbaycanın ən qədim və milli bayramını Rusiyada qeyd etmək mənim üşün zövqvericidir. Əminəm ki, çox maraqlı bir bayram mərasimi olacaq. Buna görə isə dostum Söyün Sadıqova dəvət üçün öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Söyün Sadıqov 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir.1978-1980 -ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. 2002-ci ildə "AzerRos"un prezidenti seçilib[1]. Söyün Sadıqov 1981-ci ildən Moskvanın "Qlavmosremont" tikinti şirkətində çalışıb. 1986-cı ildən "Mosrekonstruksiya" şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub. 1994-cü ildə fəxri memar adına layiq görülüb. O, ilk dəfə Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətini yaradıb.

Azərbaycan Mədəni Mərkəzinin və digər Azərbaycan ictimai təşkilatlarının Kamçatkadan Kallinqrada, Dərbənddərn Murmanska qədər fəaliyyət göstərən təşkilatları birləşdirərək Rusiyada AAzərbaycanın Federal Milli- Mədəniyyət avtonomiyasını təşkil edib. Həmişə krım - tatarlarının yanında olan iş adamı hətta Ankarada Krım Tatar Fondunun yaranmasına köməklik edib. Məqsəd isə Türkiyədə krım-tatarların içərisində krım haqqında təbliğat apararaq Krıma investisiya cəlb etmək olub.

Simsar.az

 

 

13 Mart, 2017  17:51 Baxılıb: 1536

Bu bölmədə