Simsar.az | bizi özünüzə Simsar bilin
Bu akademiyanın magistr ixtisasına sənəd qəbulu başladı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yeni -üç magistr ixtisaslarına qəbul elan edib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) üç yeni magist ixtisasları-İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası üzrə sənəd qəbulunu  elan edir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Simsar.az0-a verilən məlumata görə, ADBTİA-nın tədrisi  ingilis dilində olacaq bu ixtisaslar üzrə təhsil almaq  istəyən bakalavrlar, Dövlət İmtahan Mərkəzinin magistr imtahanının yalnız birinci mərhələsini keçməli və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəməlidirlər.

Nəzərinizə çatdırırıq ki, bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Bununla yanaşı, bu ixtisasları seçən bakalavrlar  TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) test nəticələrini  təqdim etməlidirlər.

Xatırlatmaq istəyirik ki, İdman Tibbi və Reabilitasiya, İdman Menecmenti və İdman Jurnalistikası üzrə magistr ixtisaslarına ərizələrin qəbulu internet vasitəsi ilə Dövlət İmtahan Mərkəzinin internet səhifəsində (http://www.tqdk.gov.az) 2017-ci il martın 10-dan 17-dək aparılır.

13 Mart, 2017  13:25 Baxılıb: 1539

Bu bölmədə