Simsar.az | bizi özünüzə Simsar bilin
Doğuş zamanı 4 ana öldü

Hadisə Sabirabad Rayon Doğum Evində baş verib

Son bir ayda Sabirabad Rayon Doğum Evində doğuş zamanı dörd ölüm hadisəsi qeydə alınıb.

Bu barədə Simsar.az-a Sabirabad sakinləri məlumat veriblər. Bildiriblər ki, xəstəxanada övlad dünyaya gətirərkən dörd ana dünyasını dəyişib. Ölüm hallarının hansı səbəblərdən baş verdiyi isə hələlik məlum deyil. Baş həkim Əlifağa Nadirov da məsələ ilə bağlı heç bir açıqlama vermir. 

Məsələnin ciddiliyi o həddə çatıb ki, hətta Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılaraq rayona göndərilib.

Faktla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb, rəsmi mövqe öyrənmək istəsək də, günün sonuna kimi hər hansı informasiya ala bilmədik.

1 İyun, 2011  00:35 Baxılıb: 2275

Bu bölmədə