Simsar.az | bizi özünüzə Simsar bilin
6 milyon insanın həyatına son qoyacaq

Bundan başqa daha 600 min nəfər siqaret çəkməyən şəxs siqaretin tüstüsünün təsirinin qurbanı olacaq

Bu il tütün epidemiyası 6 milyona yaxın insanın həyatına son qoyacaq, bundan başqa daha 600 min nəfər siqaret çəkməyən şəxs siqaretin tüstüsünün təsirinin qurbanı olacaq.

APA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ildə bu rəqəmin 8 milyon nəfərə çatacağını bildirib.
Siqaret istehlakı infarkt, insult, xərçəng kimi qeyri-infeksion faktorların əsas mənbəyi sayılır, dünyada ölüm hallarının 63 faizi bu xəstəliklərin payına düşür. Siqaret çəkənlərin tam yarısı son nəticədə məhz bundan qaynaqlanan xəstəliklər nəticəsində dünyasını dəyişir.

31 May, 2011  21:38 Baxılıb: 1098

Bu bölmədə