Simsar.az | bizi özünüzə Simsar bilin
İngiltərə çempionu olan Pol Skoulz karyerasını başa vurub

“Mançester Yunayted”in əfsanəsi karyerasını bitirdi

“Mançester Yunayted” futbol klubunun heyətində onqat İngiltərə çempionu olan Pol Skoulz karyerasını başa vurub.

Simsar.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi klubda vəzifə alacaq. 

Onun səlahiyyətlərinin nədən ibarət olacağı açıqlanmır. Əvvəllər Skoulzun “qırmızı şeytanlar”ın gənclərdən ibarət komandasına rəhbərlik edə biləcəyi deyilirdi.

Qeyd edək ki, Pol Skoulz “Mançester Yunayted”də 1994-cü ildə debüt edib. O, ilk (1995-1996) və son mövsümündə (2010-2011) İngiltərə çempionluğunu, 3 dəfə (1996, 1999, 2004) İngiltərə Kubokunu, 2 dəfə (1999, 2008) Çempionlar Liqasını qazanıb. Skoulzun son oyunu mayın 28-də İspaniya “Barselona”sına qarşı olub. Həmin görüşdə “Barsa” qalib gəlib – 3:1. 37 yaşlı yarımmüdafiəçi görüşün son 15 dəqiqəlik bölümündə meydançada olub. Ümumiyyətlə, Skoulz 676 dəfə “Mançester Yunayted”də, 66 dəfə İngiltərə millisində forma geyinib.

31 May, 2011  20:26 Baxılıb: 1162

Bu bölmədə