Simsar.az | bizi özünüzə Simsar bilin
Bir qrup erməni həbs edildi

Onlar 500 000 dollardan artıq pul oğurlayıb

Ötən həftə İsveç polisi Qoterborq şəhərində 8 ermənidən ibarət mütəşəkkil dəstə həbs edilib.

Simsar.az-ın “aftonbladet.se” saytına istinadən xəbərinə görə, onlar ictimai asayişi pozmaqda və oğurluqda ittiham edilirlər. Polisin xəbərinə görə, mütəşəkkil dəstənin oğurladığı malların dəyəri 500 000 dollardan artıqdır. Oğurlanan mallar isə satılmaq üçün İrəvana göndərilib. Ermənilərin əsas hədəfi bahalı brendlərin satıldığı mağazalar olub.

Dindirmə zamanı ermənilərdən 7-si təqsirini etiraf edib.

Xatırladaq ki, ermənilər Avropada əsasən mağazalardan oğurluq etməkdə “ixtisaslaşıblar”. Gürcülər isə əsasən bahalı villaları “hədəf alırlar”.

31 May, 2011  18:47 Baxılıb: 1067

Bu bölmədə