Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa Şurasının ekspertləri Azərbaycanda təlim keçəcək

Məqsəd tarixi şəhərlərdə mədəni irsin bərpasıdır  

Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun ekspertləri Azərbaycanın mədəni irs sahəsində çalışan mütəxəssislərinə təlim keçəçək. İyunun 13-14-də Zaqatala rayonunda keçiriləcək təlimdə Bərdə, Qazax, Göygöl, Quba, Qax, Lənkəran, Ordubad, Şəki, Şəmkir və Zaqatala rayonlarından mütəxəssislər qatılacaq. 

Təlimdə yerli icra hakimiyyəti orqanlarının humanitar məsələlər üzrə müavinlərinin, baş memarların, rayon mədəniyyət və turizm şöbə müdirlərinin iştirak edəcəyi də planlaşdırılır.

Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə, tədbir “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin ilkin mərhələsinin icra edilməsi məqsədi daşıyır. Layihə Avropa Şurasının “Kiyev Təşəbbüsü Regional Proqramı” çərçivəsində həyata keçirilir.

Layihə kiçik tarixi şəhərlərin, ordakı abidələrin yenidənqurulması, təkrar işlənməsi və davamlı sosial, iqtisadi inkişafı üçün strateji inkişaf planının icrasına kömək etmək məqsədi daşıyır.

Arifə




31 May, 2011  18:18 Baxılıb: 1152

Bu bölmədə