Simsar.az | bizi özünüzə Simsar bilin
Havalar istiləşsədə dolu etimalı var

İyunun 1-i temperatur 31 dərəcə olacaq

Sabah Azərbaycanda havanın temperaturu 31 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyunun 1-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 16-21 təşkil edəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə təşkil edəcək.

31 May, 2011  17:14 Baxılıb: 1109

Bu bölmədə