Simsar.az | bizi özünüzə Simsar bilin
“Gilavar” restoranı necə yanıb

Fövqəladə Hallar Nazirliyi məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi mayın 30-da “Gilavar” restoranında baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb. 

Simsar.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 kvadrat metr olan restoranın dam örtüyünün yanar konstruksiyaları 300 kvadrat metr sahədə yanıb.

Yanğın saat 11:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

31 May, 2011  16:54 Baxılıb: 1395

Bu bölmədə