Simsar.az | bizi özünüzə Simsar bilin
Anar Məmmədxanovun ölüm səbəbi təsdiqləndi

Onun barəsində cinayət işi rədd etdirilib

Sabiq millət vəkili Anar Məmmədxanovun ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən aparılan araşdırmalar yekunlaşıb.

Bu barədə APA-ya açıqlamasında Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadə məlumat verib. O, qeyd edib ki, A. Məmmədxanovun ölümü ilə bağlı Məhkəmə Tibbi Ekspertizasının yekun rəyi artıq prokurorluğa daxil olub. Həmin rəyə görə, mərhumun ölümünə ürəyin işemik xəstəliyi nəticəsində inkişaf edən kəskin ürək çatışmazlığı səbəb olub. Faktla bağlı aparılan araşdırmalar tamamlanaraq A. Məmmədxanovun ölümü ilə bağlı cinayət işinin başlanması rədd edilib.


Qeyd edək ki, sabiq millət vəkili Anar Məmmədxanov aprelin 23-də vəfat edib. O, 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsrin çempionu olub. 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı seçilib. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

31 May, 2011  16:44 Baxılıb: 2181

Bu bölmədə