Simsar.az | bizi özünüzə Simsar bilin
Məktəbə vida günü

101521 şagird məzun oldular

Bu gün son zəngdir. Simsar.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2010-2011-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101 min 521 şagird bitirəcək.

Bu göstərici ötən il 98800 nəfər təşkil edib. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2010-cu ildə 473 nəfər olduğu halda, bu il onların sayının 710 nəfər olacağı gözlənilir. Bakı şəhərindəki 342 (o cümlədən 330 dövlət və 12 qeyri-dövlət) əyani ümumi təhsil məktəblərinin XI sinfini 25800-ə, IX sinfini isə 35300-ə yaxın şagird bitirəcək.


Qeyd edək ki, 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində 118947 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

31 May, 2011  16:37 Baxılıb: 1116

Bu bölmədə