Simsar.az | bizi özünüzə Simsar bilin
ŞOK İDDİA: «Neftçi» Aleksandr Qlebi transfer edir

Azərbaycan çempionu "Barselona"dan oyunçu alır

Çempionlar Liqasının qpup mərhələsinə düşməyi hədəfləyən "Neftçi" heyətini gücləndirmək üçün axtarışları davam etdirir. Fanat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan çempionu Avropada uğurlu çıxış etmək məqsədi ilə supertransferə hazırlaşır.
Artıq "Neftçi"nin transfer edəcəyi məşhur futbolunun adı məlumdu. Bu barədə məlumat verilməsə də, onunla bağlı müəyyən informasiyalar əldə edə bilmişik. Fanat.az-a məlumat verən mənbənin sözlərinə görə, Azərbaycana gəlməyə hazırlaşan məşhur futbolçu hazırda "Böyük beşlik" ölkələrinin birinin çempionatında top qovur. O, əvvəllər "Böyük beşliy"in başqa çempionatında çıxış edib. "Neftçi"nin supertransferi hücumameylli yarımmüdafiəçi kimi çıxış edir. Transfer yaxın 2-3 həftə ərzində reallaşacaq.

İndicə redaksiyamıza daxil olan məlumata görə, "Neftçi"nin şok transferi Aleksandr Qlebdi. Bu barədə Fanat.az-a "Neftçi" azarkeşlərindən biri məlumat verib. Onun iddiasına görə, çempion "Barselona"nın belaruslu futbolçusunu heyətinə qatır.
Qeyd edək ki, 30 yaşlı Qleb 1999-2000-ci illərdə Belarusun BATE (10 oyun, 4 qol), 2000-2005-ci illərdə Almaniyanın "Ştutqart" (137 oyun, 13 qol), 2005-2008-ci illərdə İngiltərənin "Arsenal" (89 oyun, 7 qol) klublarında çıxış edib və 2008-ci ildə "Barselona"ya transfer olunub. Kataloniya klubunda 19 oyun keçirən Qleb 2009-2010 mövsümündə "Ştutqart"a (27 oyun), 2010-2011 mövsümündə isə İngiltərənin "Birmingem" klubuna icarəyə verilib (19 oyun, 1 qol).
Belarus millisində 57 oyun keçirib 7 qola imza atan Qleb 1999-cu ildə Belarus çempionu, 2002-ci ildə İntertoto Kubokunun qalibi, 2009-cu ildə İspaniya çempionu, kubokunun və Çempionlar Liqasının, bu mövsüm isə İngiltərə Liqa Kubokunun qalibi olub. O, 2002, 2003, 2005, 2006, 2007 və 2008-ci illərdə Belarusun ən yaxşı futbolçusu seçilib.
Qlebin "Böyük beşlik" ölkələrinin klublarında çıxış etməsi və hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış etməsi onun "Neftçi"nin transfer etmək istədiyi futbolçu olduğunu iddia etməyə əsas verir.

Xəbəri klub rəhbərliyi ilə dəqiqləşdirmək hələ mümkün olmayıb.

31 May, 2011  02:07 Baxılıb: 1256

Bu bölmədə