Simsar.az | bizi özünüzə Simsar bilin
DİN-in Polis Akademiyasına rəis əvəzi təyin edilib

Daxili İşlər Nazirliyi Polis Akademiyasına rəis əvəzi təyin edilib.

Bu barədə Simsar.az-a akademiyadan bildirilib. Məlumata görə, Polis Akademiyanın rəisi vəzifəsini müvəqqəti icra etmək, akademiyanın rəis müavini, polis polkovniki Mahir Əhmədova tapşırılıb. Daxili işlər nazirinin yaxın günlərdə akademiyaya yeni rəis təyin edəcəyi bildirilir. 


Qeyd edək ki, bir neçə gün əvvəl Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

31 May, 2011  01:38 Baxılıb: 1100

Bu bölmədə