Simsar.az | bizi özünüzə Simsar bilin
Bəhram Bağırzadə yeni filmə çəkilir

Yeni film “Qorxma mən səninləyəm”in davamıdı

Azərbaycanlı aktyor “KVN”,”Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə “Qorxma mən səninləyəm-2” filmində çəkiləcək.

“Yuli Qusman mənə filmdə çəkilməyi təklif etdi, rəsmi təklifə razılıq verdim.Amma filmdə hansı rol alacağım barədə məlumatım yoxdur”. Aktyor bu fikirləri aze.az saytına bildirib.

Y.Qusman yeni filminə 1982-ci ildə çəkdiyi “Qorxma mən səninləyəm” filmində iştirak etmiş aktyorları da cəlb edib. Polad Bülbüloğlu, Muxtarbəy Qandəmirov Qorxma mən səninləyəm-2” filmində rol alacaq.

Mirqayda Mahmudbəyli

27 May, 2011  22:31 Baxılıb: 2523

Bu bölmədə