Simsar.az | bizi özünüzə Simsar bilin
Bu gün su çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur.Simsar.az-ın xəbərinə görə, Novruz bayramına 4 həftə qalmış həyat üçün vacib dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə qeyd edilir.  El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində evlər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

21 Fevral, 2017  11:43 Baxılıb: 1616

Bu bölmədə