Simsar.az | bizi özünüzə Simsar bilin
Abel Məhərrəmovdan universitetdən qovulan tələbələrə jest

Rektor Tural Abbaslı və Cavid Mehrəliyevdən müraciət gözləyir

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və KXCP üzvü Cavid Mehrəliyevin Bakı Dövlət Universitetinə (BDU) bərpasına baxıla bilər. Simsar.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib: “Praktikada belə bir təcrübə mövcuddur. Bununla bağlı universitetə xüsusi müraciət olmalıdır. Müraciət xüsusi komissiya tərəfindən dəyərləndirildikdən sonra müvafiq qərar qəbul edilir”. 

A. Məhərrəmov hər iki gəncin universitetdən siyasi əqidələrinə görə deyil, akademik borca görə xaric edildiklərini, məsələnin siyasiləşdirilməsinin əleyhinə olduğunu deyib.

27 May, 2011  21:01 Baxılıb: 1256

Bu bölmədə