Tapdığı əşya əlində partladı
Ağcabədi sakininin tapdığı əşya əlində partlayıb. Hadisə rayonun Minəxorlu kəndində qeydə alınıb. Kənd sakini, 70 yaşlı Əliyev Yusif Həmid oğlu yerdən tapdığı qələmə oxşar əşyanı əlinə götürərkən partlayış baş verib. O, dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, Y. Əliyevin üç barmağı amputasiya edilib. Hazırda onun vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(apa)
18 Fevral, 2017 13:45 ⁄ Baxılıb: 1639
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |