Simsar.az | bizi özünüzə Simsar bilin
Quba-Xınalıq yolunda da qar uçqunu oldu

Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub. APA-nın verdiyi məlumata görə, uçqun magistralın 37-ci kilometrliyində baş verib.

Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib.

“Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.

17 Fevral, 2017  15:42 Baxılıb: 1446

Bu bölmədə