Simsar.az | bizi özünüzə Simsar bilin
Erməni mətbuatını izləyən komissiya yaradıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində komissiya yer ayrılıb

İşğal olunmuş ərazilərimizdə ekoloji vəziyyət öyrənilir

İşğal olunmuş ərazilərimizdə ekoloji vəziyyətin öyrənilməsi, araşdırılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi komissiya yaradılıb. Simsar.az-ın verdiyi məlumata görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov söyləyib. 


Hüseyn Bağırov deyib ki, işğal olunmuş rayonların ekologiya ilə bağlı qurumlarının işçiləri bu komissiyaya cəlb olunub. Onun sözlərinə görə, həmin insanların işləməsi üçün nazirlikdə xüsusi yer ayrılıb, şərait yaradılıb: “Bu komissiyanın üzvləri mütəmadi erməni mətbuatını izləyir, vizual müşahidə aparır və hesabatlar hazırlayırlar. Biz bununla bağlı məlumatları KİV-lərə də təqdim etdirik”.

27 May, 2011  17:55 Baxılıb: 1120

Bu bölmədə