Azərbaycanda torpaqların icarə müddəti artırılıb
Azərbaycanda torpaqların icarə müddəti 5 dəfə uzadılıb. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Meşə Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən 1 ildən 49 ilədək uzadılır. İndiyədək bu müddət 10 ilə qədər olub. Qeyd olunub ki, qanuna edilən dəyişiklik meşə fondu torpaqlarından səmərəli istifadəyə imkan yaradacaq. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
14 Fevral, 2017 17:32 ⁄ Baxılıb: 1240
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |