Simsar.az | bizi özünüzə Simsar bilin
Hərbi cinayətkar həbs edildi

Serbiya prezidenti Boris Tadiç məlumatı təsdiq edib

Serbiya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, hərbi cinayətlərdə ittiham olunan Ratko Mladiç həbs edilib.

Simsar.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə KİV-lərdə yayılan məlumatı Serbiya prezidenti Boris Tadiç təsdiq edib. 

Qeyd edək ki, Serbiya polisi bu gün zahirən Ratko Mladiçə bənzəyən şəxsi saxlayıb. Ancaq onun üzərində Milord Komadiç adı şəxsin sənədi çıxıb. Araşdırma onun Ratko Mladiç olduğunu üzə çıxarıb.

26 May, 2011  22:23 Baxılıb: 1206

Bu bölmədə