Simsar.az | bizi özünüzə Simsar bilin
"Qalatasaray" klubu böyük bir transferə imza atmaq üzrədir

Didye Droqbanın "Qalatasaray"a keçidini qardaşı xəbər verdi  

Fatih Terimi komandaya rəhbər təyin edən, "Bolton"un hücumçusu Yohan Elmander və "Trabzonspor"dan Selçuk İnanı "Qalatasaray"a qazandıran Ünal Aysalın Didye Droqbanın transferi üçün Londonda "Çelsi" rəsmiləri ilə görüşdüyünü xəbər vermişdi.

Bu transferlə bağlı rəsmi açıqlama olmasa da, Droqbanın "Qalatasaray"a keçidi daha bir məlumatla təsdiqlənib. Belə ki, Droqbanın qardaşı Coel Droqba məsələ ilə bağlı açıqlama verib və Didyenin İstanbul nəhəngi ilə razılaşdığını bildirib:

"Qalatasaray" prezidenti Ünal Aysal və baş məşqçi Fatih Terim qardaşımın meneceri Tierno Seydi ilə görüşdü. Didyeyə illik 5 milyon avro təklif etdilər. Qardaşım da bu təklifi razılıqla qarşıladı".

İngiltərənin aşağı dəstə komandalarından "Leyton"da çıxış etmiş, ancaq hazırda klubsuz olan Coel Droqba məhz Didyenin köməkliyi ilə Türkiyədə komanda tapacağına inandığını da qeyd edib:

"Qardaşım "Qalatasaray"a gedir. Mən də onunla Türkiyəyə yollanacağam. Didyenin Türkiyədə oynaması mənim də bu ölkədə komanda tapmağıma kömək edəcək".

26 May, 2011  21:07 Baxılıb: 1756

Bu bölmədə