Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan kikboksçusu 14 qat dünya çempionu oldu

Macarıstanın Zeqed şəhərində böyüklər, gənclər və yeniyetmə oğlanlar arasında kikboksinq üzrə dünya çempionu keçirilib. 

Simsar.az-ın verdiyi xəbərə görə, Azərbaycan yığması doqquz qızıl, dörd gümüş və beş bürünc medal qazanıb. Komandamız ümumi komanda hesabında ikinci yeri tutub.

Əfsanəvi kikboksçumuz Eduard Məmmədovun qələbəsini isə xüsusilə vurğulamaq lazımdır. O 60 kq-lıq çəki kateqoriyasında lou-kontakt yarışı üzrə qələbə qazanıb. Onu çempionluğa aparan yolda Eduard Polşa, Macarıstan və Madaqaskardan olan rəqiblərinə qalib gəlib. Bu 33 yaşlı Azərbaycan idmançısının artıq 14-cü dünya çempionu tituludur!

Onu da qeyd etmək lazımdır ki, Macarıstandakı çempionatda bürünc medallardan birini Eduard Məmmədovun yeniyetmə oğlanlar arasında keçirilən yarışda iştirak edən tələbəsi Kənan Zeynalov qazanıb.

Çempionatda ümumilikdə 25 ölkədən 800-dən artıq idmançı çıxış edib.

26 May, 2011  20:42 Baxılıb: 1319

Bu bölmədə