Simsar.az | bizi özünüzə Simsar bilin
Mahmud Kərimov alimlərin yaş həddindən danışdı

“Mənim fikrimcə, alimlərə münasibətdə yuxarı yaş həddinin 65 götürülməsinə fərdi yanaşmaq lazımdır”.

Simsar.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov dövlət müəssisələrində çalışanlar üçün yuxarıl yaş həddinin 65 götürülməsini nəzərdə tutan qanunun Milli Məclisdə qəbuluna münasibət bildirərkən deyib. 

AMEA prezidentinin fikrincə, bu gün elə alimlər var, 70-80 yaşında olmasına baxmayaraq çalışırlar: “Özü də bir çox cavandan da yaxşı çalışırlar. Əlbəttə ki, biz buna fərdi yanaşacağıq. Yəqin ki, bu məsələdə müəyyən istisnalar da olacaq. Çünki bu elm sahəsidir, burda yaş məhdudiyyəti yəqin ki, olmamalıdır. Eyni zamanda öz elmi potensialını itirmiş yaşlı alimlərlə də vidalaşmaq üçün bu yaxşı sənəd və əsas olacaq”.

26 May, 2011  20:30 Baxılıb: 1380

Bu bölmədə