Simsar.az | bizi özünüzə Simsar bilin
Sumqayıtda hərbi idarə qarət olundu

Oğurluğu törədən şəxs tutulub.

Hərbi qurumdan oğurluq edən şəxs tutuldu. Şəhər Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, bu, şəhər sakini Vahid Əhmədovdur. 
V.Əhmədov Hərbi Ticarət İdarəsinin inzibati binasından elektrik kabeli və 7 radiator oğurlayıb. Onun Fəzani Əsgərovun evindən məişət əşyalarını oğurlaması da məlum olub.
Faktla bağlı araşdırma aparılır.

26 May, 2011  19:41 Baxılıb: 1281

Bu bölmədə