Simsar.az | bizi özünüzə Simsar bilin
İstanbulda körpü partladıldı

Hadisənin baş verdiyi ərazidə polis kolleci yerləşir

İstanbulda partlayış baş verib. Simsar.az “haberturk”ə istinadən xəbər verir ki, hadisə şəhərin Etilər rayonu ərazisində yerləşən Koç Körpüsünün altında olub. Şahidlər partlayışın dayanacaqda olduğunu və 7-8 nəfərin yaralandığını bildiriblər. İlkin ehtimala görə, həmin əraziyə səs bombası atılıb. Motosikletli bir nəfər oraya partlayıcını ataraq qaçıb. Hadisə yerinə təcili tibbi yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Partlayışın olduğu dayanacağın yaxınlığında polis kolleci yerləşir.

26 May, 2011  17:22 Baxılıb: 1329

Bu bölmədə