Simsar.az | bizi özünüzə Simsar bilin
Elvin Əliyev yenidən "Bakı"da

Paytaxt klubu AZAL-ın müdafiəçisini transfer edir

12 futbolçusu ilə yollarını ayırıb və hələ ki, yalnız Elvin Məmmədovu heyətinə qatan "Bakı" daha bir futbolçu ilə anlaşıb. Fanat.az xəbər verir ki, paytaxt klubu Elvin Əliyevlə razılığa gəlib.
"Bakı"nın artıq AZAL-ın 28 yaşlı müdafiəçisi ilə anlaşmanın detallarını razılaşdırdığı və tərəflərin yaxın günlərdə transferlə bağlı açıqlama verəcəyi deyilir.
Qeyd edək ki, Elvin karyerasına 2004-cü ildə MOİK-də başlayıb. 2005-2006 mövsümündə "Neftçi"də çıxış edən müdafiəçi 2006-cı ildə "Olimpik"ə (indiki AZAL) keçib. 2008-ci ildə "Bakı"ya üz tutan Əliyev ötən ilin yayında baş məşqçi Vinfrid Şaferin istəyi ilə heyətdən kənarlaşdırıldığından AZAL-a qayıtmışdı.
"Bakı" qış fasiləsində də Elvini heyətinə qatmaq istəyirdi. Lakin həmin vaxt AZAL-la müqaviləsi olan futbolçunun keçidi baş tutmamışdı.
Onu da qeyd edək ki, Elvin Məmmədovla müqavilə bağlayan "Bakı"nın "Muğan"dan Novruz Məmmədov və "Neftçi"nin oyunçusu Tural Nərimanovu da heyətinə qatacağı deyilir.

26 May, 2011  16:07 Baxılıb: 1248

Bu bölmədə