Ekologiya ilə bağlı 4 dövlət standartı təsdiqləndi
Metrologiya ilə bağlı üç rəhbəredici sənəd təsdiq olunub Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Ekologiya üzrə Texniki Komitə tərəfindən təqdim edilmiş “Ətraf mühitin idarə olunması. Ekoloji effektivliyin qiymətləndirilməsi”, “Torpağın keyfiyyəti-torpağı qeydiyyata almaq üçün format və ərazi haqqında məlumat”, “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında azot oksidlərinin naftiletilendiaminlə spektrofotometrik metodla təyini”, “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında tozun (asılı bərk hissəciklərin) qravimetrik metodla təyini” dövlət standartlarını təsdiq edib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Komitəsinin müvafiq əmri ilə Metrologiya şöbəsi tərəfindən işlənib təqdim edilmiş “RS 023-2011” “Ölçmə vasitələri üçün iyerarxiya sxemlərinin yaradılması prinsipləri”, “RS 024-2011” “Etalonlar. Seçmə, tanınma, tətbiq edilmə, saxlanılma və sənədləşdirmə”, “RS 025-2011” “Metroloji nəzarətin prinsipləri” rəhbəredici sənədlər də təsdiq edilib.
26 May, 2011 02:37 ⁄ Baxılıb: 1266
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |